Şəmkirdə iki əmioğlu bıçaqlandı, biri öldü

semkirde-iki-emioglu-bicaqlandi-biri-oldu
Oxunma sayı: 2379

Şəmkirdə qətl hadisəsi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, rayon sakini 25 yaşlı Ruslan Nağıyev və onun əmisi oğlu 34 yaşlı Xalid Nağıyev bibisi oğlu tərəfindən bıçaqlanıblar. 

R. Nağıyev hadisə yerində ölüb. X. Nağıyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli