Şəmkirdəki qəzadan dəhşətli - Fotolar

semkirdeki-qezadan-dehsetli
Oxunma sayı: 7780

Xəbər verdiyimiz kimi, Türkiyədən gələn avtobus Şəmkirdə qəzaya düşüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, avtobus “KamAZ” markalı yük avtomobili ilə toqquşub. 

Qəza nəticəsində bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Hazırda xəstəxanada 2 kişi və 4 qadın var. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

Qeyd edək ki, avtobus Türkiyə-Azərbaycan arasında sərnişindaşıma ilə məşğuldur. 

Elmar Əli