“Sərhədçi” Evren Alkaya rəhbərliyində ilk qələbəsini qazandı

serhedci-evren-alkaya-rehberliyinde-ilk-qelebesini-qazandi
Oxunma sayı: 1413

Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10-cu turunun növbəti oyunu baş tutub.

“Qafqazinfo” xəbər verir ki, “Cəlilabad” klubu doğma azarkeşləri qarşısında, çempionatın sonlarında qərarlaşmış “Sərhədçi” klubunu qəbul edib.

Bərabər mübarizə şəraitində keçən oyunun yekununda “Sərhədçi” 97-92 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular: “Cəlilabad” (Zaur Paşayev - 27 xal, 7 ribaund), “Sərhədçi” (Brendon Miller - 27 xal, 10 asist)