“Qafqazinfo” xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, mərasimdə Şimalı Koreya lideri Kim Çen In həyat yoldaşı Li Sol Çju ilə birlikdə iştirak edib. Onlar terminalın müxtəlif obyektləri-gözləmə zalları, uçuş və eniş məkanları, xüsusi qonaqlar üşü nəzərdə tutulmuş otaqlar və texniki heyət yerləri ilə tanış olublar.
Kim Çen terminalı tikən işçilərə təşəkkür də edib:
“Bu terminal Şimali Koreya vətəndaşları tərəfindən xüsusi güclə başa gəlib”.
Qeyd edək ki, “Sunan” terminalının tikintisinə 2012-ci ildə başlanılmışdı. Koreya lideri bu terminala bütün xarici uçuşları keçirib, digərini isə yalnız daxili uçuşlar üçün saxlamağı planlayır.
Son xəbərlər
Son Xəbərlər