Siyavuş Novruzov mitinqlə bağlı çağırış etdi - “Hamı münasibət bildirsin”

Siyavuş Novruzov mitinqlə bağlı çağırış etdi
Oxunma sayı: 5249

YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisdə öz həmkarı Fazil Mustafanın mətbuatda səsləndirdiyi fikirləri sərt tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, deputat həmkarının Milli Məclis və deputatlar haqqında fikirlərini birmənalı qarşılamayıb:

“Bildirir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu Fazil Mustafa deyib. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı bildirib. 

Hansı birinizin sosial şəbəkədə işləməyinizə bir söz deyilib?! Hamının feysbuk, tvitteri var. Kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəbərlikdən deyib ki, filankəsin yazınızı verim, filankəsin verməyin?! Xalı çatmayan Milli Məclisdən xal götürmək istəyir.  Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla?! Xalq artisti deyilik ki, “İnstagram”da və digər yerlərdə özümüzü reklam edək. Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyatı yoxdur.  Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədənsə səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü- biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”.

S. Novruzov həmçinin çıxışında müxalifətin 19 oktyabr mitinqindən də danışıb. O bildirib ki, Milli Məclis olaraq qeyri-qanuni aksiyaya öz münasibətimizi bildirməliyik. Bir qrup Azərbaycanı istəməyən, erməni lobbisi və xarici havadarları tərəfindən ölkədə olan sabitliyi pozmaq, həyata keçiriləcək islahatlara kölgə salmaqdan ötrü ayrılmış yerdə deyil, tamam başqa yerdə mitinq keçirməyə cəhd ediblər. Xalqla polis arasında qarşıdurma yaradıblar:

“Bu insanlar haqqında hüquq- mühafizə orqanları tərəfindən ciddi araşdırmalar aparılmalıdır. Hər bir Məclis üzvü buna münasibət bildirməlidir. Göstərmək lazımdır ki ,bu dövlət necə çətinliklər hesabına formalaşıb. Hər bir millət vəkili bunların qeyri-qanuni hərəkətlərinə ciddi şəkildə reaksiya verməlidir. Eyni zamanda, yaradıcı şəxslər də münasibət bildirməlidir. Nə vaxta qədər gözləmək olar? Tək millət vəkilləri yox, hər bir təşkilat ortaya çıxıb münasibətini qoymalıdır”

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi