SOCAR-ın avtobusu qəza törətdi - Polis öldü+Yenilənib

socar-in-avtobusu-qeza-toretdi-
Oxunma sayı: 6997

Bakıda sərnişin avtobusu qəza törədib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs polis əməkdaşıdır, o, minik avtomobilində olub. Ölən şəxs mühafizə polisində çalışırmış.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb: “Yaralılardan bir nəfərinin xəsarəti yüngül olduğu üçün ona hadisə yerində tibbi yardım göstərilib və evə buraxılıb. Digər yaralı isə şəxs isə bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib”.