“Sprut” serialı ilə məşhurlaşan aktrisa vəfat etdi

sprut-seriali-ile-meshurlasan-aktrisa-vefat-etdi
Oxunma sayı: 1811

“Sprut” teleserialında hakim Silviya Konti rolu ilə tanınan fransız aktrisa Patritsiya Millarde 61 yaşında vəfat edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə jurnalist David Madjio məlumat verib.

Aktrisa aprelin 13-də Romanın San-Kamillo hospitalında dünyasını dəyişib. Onun ölümünə səbəb ürək tutması olub.