ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Moskvaya rəsmi səfər ediblər.
“Qafqazinfo” xəbər verir ki, ABŞ nümayəndə heyətini daşıyan təyyarə Moskvanın “Vnukovo-2” hava limanına enib.
Dərhal sonra Uitkoff və Kuşnerin daxil olduğu kortej Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlin mərkəzi iqamətgahına yola düşüb.
Qeyd edək ki, Kreml administrasiyası bu gün baş tutacaq görüşün əsas mövzusunun Ukrayna böhranının nizamlanması və tərəflər arasında mümkün sülh şərtlərinin müzakirəsi olacağını təsdiqləyib.
***
Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başlayıb.
Görüşdə Rusiya tərəfini Rusiya liderinin köməkçisi Yuri Uşakov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edir.
Son xəbərlər
Son Xəbərlər