Sumqayıtda evdən 12 yaşlı qızın meyiti tapıldı

sumqayitda-evden-12-yasli-qizin-meyiti-tapildi
Oxunma sayı: 3213

Sumqayıt şəhərində azyaşlı qızın meyiti tapılıb.

“Qafqazinfo” “Sumqayit24.az”a istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon ərazisində yerləşən mənzillərdən birində baş verib.

2013-cü il təvəllüdlü Ə. Məmmədova yaşadığı evdə ölü halda aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müvafiq ekspertizaya təqdim edilib.

Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.