Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü tapıldı - Yenilənib

sumqayitda-xestexana-heyetinden-8-ayliq-insan-dolu-tapildi
Oxunma sayı: 2752

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız uşağı dölü aşkarlanıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Döl aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.