Suraxanıda quldurluq edən şəxs saxlanılıb

suraxanida-quldurluq-eden-sexs-saxlanilib
Oxunma sayı: 1695

Noyabrın 8-də saat 20 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində rayon sakininin 447 manatının quldurluq yolu ilə talanması  barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Xəqani Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.