Suriyanın XİN rəhbəri ABŞ-yə getdi - 25 ildə ilk

suriyanin-xin-rehberi-abs-ye-getdi
Oxunma sayı: 709

Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ABŞ-yə rəsmi səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Suriyanın “Al-Ikhbaria” telekanalı yayıb. 

Şibani və onu müşayiət edən nümayəndə heyəti hazırda Vaşinqtondadır. 

Bildirilib ki, bu, Suriya XİN rəhbərinin son 25 ildə ABŞ-yə ilk səfəridir.