Şüşə qablarda gizlədilən 3 kilo narkotik aşkarlandı - Video

suse-qablarda-gizledilen-3-kilo-narkotik-askarlandi
Oxunma sayı: 1337

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, ondan 44 ədəd şüşə qabda qablaşdırılmış 3 kiloqrama yaxın olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.