Tanınmış siyasətçilər də əfv edildi

taninmis-siyasetciler-de-efv-edildi
Oxunma sayı: 12620

Prezidentin bu gün imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər də azad edilib.

“Qafqazinfo” xəbər verir ki, onların içərisində müxalifətçilət və QHT-lər tərəfindən adları siyasi məhbus siyahısına salınmış şəxslər də var.

Onlardan Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev, Müsavat Partiyasının üzvləri Yadigar Sadıqov, Tofiq Yaqublu, jurnalist Pərviz Həşimli, hüquq müdafiəçiləri Hilal Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, Nemət Pənahlının da adı həbsdən azad edilənlər sırasındadır.