Tehranda içməli su iki həftəyə tükənə bilər

tehranda-icmeli-su-iki-hefteye-tukene-biler
Oxunma sayı: 1531

İranın paytaxtı Tehranda əsas içməli su mənbəyi ölkəyə təsir edən şiddətli quraqlıq səbəbindən iki həftə ərzində quruya bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Belə ki, Tehranı içməli su ilə təmin edən beş bənddən biri olan Əmir Kəbir hazırda cəmi 14 milyon kubmetr su saxlayır - tutumunun 8 faizi.

Yerli su şirkətinin məlumatına görə, bu qədər su iki həftəyə kifayət edir.

Qeyd edək ki, Tehranın təxminən 10 milyon əhalisi var və gündəlik su istehlakı üç milyon kubmetrə çatır.