İsrailin Təl-Əviv şəhərində partlayış baş verib.
“Qafqazinfo” İsrail mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.
Ölkənin Müdafiə Ordusu partlayışın hava hədəfinin düşməsi səbəbindən baş verdiyini bildirsə də, digər detallar açıqlanmayıb.
İsrail mediası isə, partlayışın ABŞ Səfirliyinin yaxınlığında qeydə alındığını yazıb.
“Jerusalem Post”un məlumatına görə, həlak olan şəxs 50 yaşlı kişidir. Onun cəsədi partlayış yerinin yaxınlığında aşkar edilib.