Tələbələrin fotolarını yayan şəxsi KMBİ saxladı

telebelerin-fotolarini-yayan-sexsi-kmbi-saxladi
Oxunma sayı: 1855

BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

Bu haqda “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbə sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyini iddia edirdi.