Təqaüdə göndərilən generala yeni vəzifə verildi - Yenilənib

teqaude-gonderilen-generala-yeni-vezife-verildi
Oxunma sayı: 8505

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri  təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib. 

***

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Səfər Əliyev nazirlikdə baş məsləhətçi vəzifəsinə təyin edilib. Qeyd edilib ki, bu, mülki vəzifə hesab edilir.