“Tərbiyələri olmadığına görə belə əməllərə əl atırlar...” - PA rəhbəri

terbiyeleri-olmadigina-gore-bele-emellere-el-atirlar
Oxunma sayı: 5789

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, jurnalistlərin bəzi şəxslərin xaricdən Azərbaycana qarayaxma ilə məşğul olmalarına dair sualına cavabında Prezident Administrasiyasının rəhbəri bunu çox pis qiymətləndirdiyini vurğulayaraq deyib:

“Mən hesab edirəm ki, normal insan bu yola düşməməlidir. Çünki biri var daxildə müxalifət, biri də var gedib xaricdə Azərbaycana qara yaxmaq, onu hörmətdən salmaq. Bu, yaxşı hal deyil. Təəssüflər olsun ki, bəzi insanlar burada böyük cinayətlər törədib və sonra da qaçıb xaricə gediblər. Xaricdə də başlayıblar Azərbaycanı pisləməyə. Bu, əlbəttə ki, yaxşı hal deyil. Hər halda bu, Azərbaycan xalqına xas olan bir xüsusiyyət deyil. Görünür ki, mədəniyyətləri, tərbiyələri yerində olmadığına görə belə əməllərə əl atırlar”.