Tətil bitdi, tıxac başladı - Fotolar

tetil-bitdi-tixac-basladi
Oxunma sayı: 1595

Bakının bir sıra yollarında tıxac yaranıb.

“Qafqazinfo” DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən hazırda yollardakı vəziyyəti təqdim edir:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.