Təyyarə 36 sərnişinlə okeana düşdü - Foto

teyyare-36-sernisinle-okeana-dusdu
Oxunma sayı: 6124

Papua-Yeni Qvineya aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsi Mikroneziya sahillərində suya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident bu gün səhər qeydə alınıb. Təyyarə uçuş-eniş zolağından 150 metr uzaqlıqda düşüb. Göyərtəsində 36 sərnişin və 11 ekipaj üzvü olub. 

Qəza nəticəsində ölən yoxdur, lakin xəsarət alanların olduğu bildirilir.