Təyyarə qaçırıldı, 81 sərnişinlə - Qadın və uşaqlar buraxıldı

teyyare-qacirildi-81-sernisinle
Oxunma sayı: 6605

Misirə aid sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, içərisində 81 sərnişin olan təyyarə Kiprin Larnaki hava limanına endirilib. Kipr dövlət radiosu təyyarəni qaçıran şəxsin silahlı olduğunu elan edib. Sərnişinlərdən heç birinin xəsarət almadığı bildirilir.

Bəzi xarici KİV-lər təyyarədə bomba olması ehtimalını istisna etmir. 

***

“Egypt Air” hava şirkətinə məxsus təyyarəni ələ keçirən şəxslər Misir hökuməti ilə əlaqəyə keçiblər. 

“Əl-Ərəbiyə” telekanalının məlumatına görə, silahlı şəxs qadınlar və uşaqların təyyarəni tərk etmələrinə icazə verib.

Təxminən 50 sərnişin oranı tərk edə bilib.

***

Son məlumata görə, əcnəbi vətəndaşlar və ekipaj üzvləri istisna olmaqla, təyyarədə olan bütün misirlilər azad ediliblər.