“Torqovı”da qız üstündə qanlı dava- - Video

torqovida-qiz-ustunde-qanli-dava-
Oxunma sayı: 3400


“Qafqazinfo”nun məlumatına görə, hadisə şahidləri azxeber.com-a bildirib ki, dava qız üstündə baş verib. Belə ki, qızla restorana daxil olan oğlan yanındakı qızın restoranda olan başqa tanışı ilə danışdığını görüb onların üzərinə hücum çəkib. Əlbəyaxa dava zamanı qızın tanışı olan oğlan ağır bədən xəsarətləri alıb.

Bir neçə dəqiqə sonra isə dava yenidən qızışıb. Gəldiyi qızla restoranı tərk etmək istəyən oğlan bu dəfə qızın onunla getməməsinə əsəbləşərək onu da döyməyə başlayıb. Zərərçəkənin dostlarının hadisə yerinə gəlməsi isə baş verən insidenti daha da böyüdüb.

Retoranın təhlükəsizlik xidmətinin olmaması insidentin böyüməsinə səbəb olsa da, hadisə yerinə Səbail RPŞ-nin əməkdaşları gəlib. Polisin gəlməsinə baxmayaraq, davaya səbəb olanlar hadisə yerindən qaça biliblər. Polis restoranın sahibini və hadisəyə şahidlik edən ofisantlardan birini polis bölməsinə aparıb.

Restorandan çəkilən görüntüləri təqdim edirik. Görüntülərdə davadan sonra yerdə qalan qan izləri görünür.