Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən “Kəpəz” və “Turan Tovuz” matçında qalib müəyyənləşməyib.
Belə ki, hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Bu turdan sonra “Turan Tovuz” 45 xalla turnir cədvəlinin üçüncü, “Kəpəz” isə 18 xalla onuncu sırasında qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər