Türkiyə Naxçıvanla sərhəd məntəqəsini bağlayacaq

turkiye-naxcivanla-serhed-menteqesini-baglayacaq
Oxunma sayı: 6741

Xəbər verdiyimiz kimi, koronavirus təhlükəsi səbəbindən Türkiyənin İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, Türkiyənin İğdır bölgəsindən Naxçıvana açılan Dilucu sərhəd məntəqəsində də hərəkət məhdudlaşdırılacaq. Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib:

“İranın Səhiyyə naziri ilə danışdım. Vəziyyətin getdikcə pisləşməsi səbəbindən qonşumuzla sərhədimizi müvəqqəti olaraq bağlamaq qərarına gəldik. İranla 3 quru sərhəd məntəqəmiz var. Əlavə olaraq, İğdırdan Naxçıvana açılan Dilucu sərhəd qapısında da məhdudiyyət tətbiq olunacaq.  

İranla quru və dəmir yolu keçidləri bağlansa da, uçuşlar təktərəfli olaraq dayandırılıb. İrandan Türkiyəyə uçuşlar dayandırılsa da, Türkiyədən İrana aviareyslər davam edir”.