Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım etdi - Foto

turkiye-xin-anim-gunu-ile-bagli-paylasim-etdi
Oxunma sayı: 728

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

“Qafqazinfo” Türkiyə XİN-in rəsmi “X” hesabındakı paylaşımı təqdim edir:

“27 sentyabr Şəhidlərin Anım Günü münasibətilə Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. Davamlı sülh yolunda atılan tarixi addımların bu fədakarlıqların irsi üzərində bölgədə qurulmuş sülh və rifahı təmin edəcəyinə inanırıq.

“Bir millət, iki dövlət” devizi ilə şəhidlərimizin müqəddəs irsi hər zaman qəlbimizdə yaşayacaq”.