Türkiyədə güclü zəlzələ, bina çökdü - Yenilənib

Türkiyədə güclü zəlzələ, bina çökdü
Oxunma sayı: 8118

Türkiyənin Manisa şəhərində günün 4-cü zəlzələsi olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, təkanlar bu dəfə 5,4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,98 kilometr dərinlikdə yerləşib. Zəlzələ İzmir, İstanbul və Bursada hiss edilib. İnsanlar küçələrə axışıb.

Şəhər mərkəzində hər hansı ciddi hadisə yaşanmasa da, şəhər bələdiyyəsi Musalar kəndi ilə əlaqə qurmağa çalışır. 

Dağıntı barədə məlumat yoxdur.

***

Məlumata görə, Manisanın Akhisar bölgəsinə yaxın ərazidə yerləşən qəsəbələrdən birində binalardan biri çöküb. Hazırda xilasedicilər hadisə yerinə göndərilib. 

***

Manisa valisi Əhməd Dəniz hər hansı ölüm və ya yaralanma hadisəsinin qeydə alınmadığını bildirib. Onun sözlərinə görə, 5-6 evin uçması barədə məlumat əldə ediblər. 

***

Zəlzələdən sonra 15 yeraltı təkan qeydə alınıb. Mütəxəssislər silkələnmənin daha bir neçə gün, hətta həftə davam edəcəyini bildiriblər. Zəlzələnin gücünün 6 baladək artacağı ehtimal edilir. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi