Türkiyədə seçki tədbirində silahlı hücum - Video + Yenilənib

turkiyede-secki-tedbirinde-silahli-hucum
Oxunma sayı: 4441

Türkiyədə AKP-nin seçki tədbirində silahlı hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial hesabında yazıb.

Nazir bildirib ki, İstanbul şəhərinin Küçükçekmece rayonunda Əziz Yeniayın namizəd olaraq irəli sürüldüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.

Hücumda 22 yaşlı qadın xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Baş vermiş hadisənin bəzi detalları məlum olub.

Belə ki, insidentdə ümumilikdə 17 atəş açılıb. Nəticədə daha bir 32 yaşlı qadın başından yaralanıb. Bundan əlavə, güllələr 5 avtomobilə və bir evə dəyib.