Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb?

turkiyede-sosial-sebekelere-giris-mehdudlasdirilib
Oxunma sayı: 1123

Türkiyədə dünəndən etibarən siyasi vəziyyətin gərginləşməsi fonunda ölkə üzrə sosial şəbəkələrin işində problem qeydə alınıb. 

“Qafqazinfo” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, istifadəçilər sentyabrın 8-nə keçən gecədən başlayaraq instaqram, yutub, “X”, feysbuk və vatsapda problemlə üzləşiblər. 

Şikayətlərə əsasən, həmin sosial şəbəkələrdə mesajlar gec gedir, eləcə də əsas səhifə yenilənmir.

Sosial media platformalarından, eləcə də rəsmi qurumlardan məsələ ilə bağlı hələ açıqlama verilməyib.