Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunun ikinci gününə start verilib.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov sosial şəbəkə hesabında məlumat yayıb.
“Dünənki formatlarla işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və mövqelərin daha da sinxronlaşdırılması. Nəticələr sonra olacaq”, - paylaşımda deyilir.
Son xəbərlər
Son Xəbərlər