Türkiyədən şok məlumat - 7 PKK-çı erməni snayper çıxdı

turkiyeden-sok-melumat
Oxunma sayı: 6897

Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlarda zərərsizləşdirilən 7 snayperin Ermənistan ordusunun xüsusi təyinatlıları olduğu müəyyən edilib.

"Qafqazinfo" Türkiyənin Star qəzetinə istinadən xəbər verir ki, bu barədə terror üzrə ekspert, Maltəpə Universitetinin professoru Mesut Hakki məlumat yayıb. O, ASALA ilə PKK arasında dərin bir bağ olduğunu qeyd edib:

"ASALA bitmədi, PKK Terror Təşkilatına döndü. Son 2-3 ay ərzində döyüşlərdə ölən PKK snayperlərinin 7-si Ermənistan ordusunun xüsusi təyinatlısıdır. Mən də o bölgədə xidmət etmişəm. PKK-nın bəzi üzvləri ASALA-dan gətirilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin cəsədlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib”.

Professor daha sonra PKK, PYD və ASALA-nın məqsədini də şərh edib:

"Onların məqsədi hazırda dünyanın ən böyük 17-ci iqtisadiyyatı olan Türkiyənin 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil olmağı əngəlləməkdir".