Türkiyənin bu şəhərində ard-arda üç zəlzələ oldu

turkiyenin-bu-seherinde-ard-arda-uc-zelzele-oldu
Oxunma sayı: 1338

Türkiyənin Konya şəhərində ard-arda üç zəlzələ qeydə alınıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələlərin gücü 4,7, 4,1, və 4 bal olub.

Zəlzələ mərkəzi olaraq Mövludlu – Tuzlukçu bölgəsi göstərilir, təkanlar ətraf vilayətlərdə də hiss edilib.

Kandilli Rəsədxanasından bildirilib ki, zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. O da vurğulanıb ki, zəlzələ nəticəsində heç bir dağıntı və tələfat qeydə alınmayıb.