Türkiyənin oyunundan öncə hakim huşunu itirdi

turkiyenin-oyunundan-once-hakim-husunu-itirdi
Oxunma sayı: 2177

Qadınlar arasında keçirilən Millətlər Liqasında baş tutan Türkiyə - Kosovo (3-0) oyununda gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın hakimi Mixalina Dyakov dövlət himnləri səslənərkən özünü pis hiss edib və huşunu itirib. 

Həkimlərin müdaxiləsindən sonra o özünə gəlib və paltardəyişmə otağına aparılıb. 

Qarşılaşmanı isə 4-cü hakim idarə edib.