U-19 millimiz Özbəkistana qarşı

u-19-millimiz-ozbekistana-qarsi
Oxunma sayı: 734

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.