3 kəndi mərkəzlə birləşdirən körpü yenidən su altında - Foto

3-kendi-merkezle-birlesdiren-korpu-yeniden-su-altinda
Oxunma sayı: 709

Cəlilabadın Vənlik kəndində leysan yağışlarından sonra körpü qəzalı vəziyyətə düşüb.

Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat verib.

Kənd sakinlərinin sözlərinə görə, eyni vəziyyət ötən il və bu ilin yanvarında da baş verib.

Bildirilib ki, körpü müvəqqəti olaraq bərpa olunsa da, yenidən yararsız hala düşüb.

Hazırda aidiyyəti qurumlar tərəfindən sözügedən ərazidə təmir işlərinə başlanılıb.

Qeyd edək ki, bu körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə getmələri üçün istifadə etdikləri yeganə yoldur.

Surxay Şahbazov