Üç uşaq anası olan 23 yaşlı qadın intihar etdi

uc-usaq-anasi-olan-23-yasli-qadin-intihar-etdi
Oxunma sayı: 4348

Ağdamda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ballar kəndində 2001-ci il təvəllüdlü İ.Əliyeva özünü asıb.

İlkin məlumata əsasən, qadın ailəli olub, hadisədən əvvəl ailədaxili münaqişə səbəbindən 3 körpə övladını da götürərək atası evinə gəlib.

İntihar hadisəsi də 23 yaşlı qadının atasının evində qeydə alınıb. 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.