Üçüncü şəhid də Nərimankəndə gəldi- - Sayları 13-ə çatdı

ucuncu-sehid-de-nerimankende-geldi-
Oxunma sayı: 5444


Azərbaycan Ordusunun son günlər cəbhədə verdiyi itkilərin sayı 13-ə çatıb.

"Qafqazinfo" apa-ya istinadən xəbər verir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə düşmənin hücumunu dəf edərkən yaralanan hərbçilərdən biri, 1996-cı il təvəllüdlü Anar Vidadi oğlu Qarazadə hərbi hospitalda dünyasını dəyişib.

 A. Qarazadə Biləsuvar rayonunda həqiqi hərbi xidmətə çağırılıb. Onun meyiti doğulduğu Biləsuvar rayonuna aparılıb. 

Şəhid hərbiçi bu gün torpağa tapşırılacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunu xilas etmək mümkün olmayıb.

 Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

 Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Qeyd edək ki, bu, Biləsuvarın Nərimankənd kəndinin üçüncü şəhididir. Gizir Pərvin Əliyev və kiçik gizir Rahil Hüseynov da sözügedən kənddəndir. Bununla da, Nərimankəndin Azərbaycanın ərazi bütövlüyü uğrunda verdiyi şəhidlərin sayı 10-a çatıb.