UEFA Superkubok oyununa satılmış biletlərin sayını açıqladı

uefa-superkubok-oyununa-satilmis-biletlerin-sayini-aciqladi
Oxunma sayı: 1015

Bu gün "Bavariya" ilə "Sevilya"nın qarşılaşacağı UEFA Superkuboku finalını stadiondan izləyəcək azarkeşlərin sayı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, oyun üçün 15 500 bilet satılıb. Azarkeşlər 1,5 metrlik sosial məsafəni qorumalı və qoruyucu maskadan istifadə etməlidirlər.

Qeyd edək ki, "Bavariya" - "Sevilya" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.