“Ukrayna belə davam etsə, dövlətçiliyinin gələcəyini sual altına qoyur” - Putin

ukrayna-bele-davam-etse-dovletciliyinin-geleceyini-sual-altina-qoyur
Oxunma sayı: 4800

“Ukrayna özünü eyni şəkildə aparmağa davam edərsə, o zaman öz dövlətçiliyinin gələcəyini şübhə altına alacaq".

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” kanalında çıxışı zamanı deyib. 

“Kiyevin hazırkı rəhbərliyi başa düşməlidir ki, belə davam etsələr, Ukrayna dövlətçiliyinin gələcəyini sual altına qoyurlar və bu baş verərsə, tamamilə onların məsuliyyətində olacaq”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, Rusiya cəmiyyətini sarsıtmağa cəhdlər edilir.

Putin bildirib ki, müharibədə olan Rusiya hərbçiləri, "gələcək üçün vuruşurlar".

Putin həmçinin deyib ki, Rusiyaya qarşı sanksiyalar müharibə elanına bənzəyir, lakin hələlik bu mərhələyə gəlməyib.