Rusiyanın Xəzərdəki neft infrastrukturuna zərbə endirdilər - İlk dəfə

rusiyanin-xezerdeki-neft-infrastrukturuna-zerbe-endirdiler
Oxunma sayı: 728

Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərbə endirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın UNIAN portalı xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 

Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti “Lukoil-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski adına neft hasilat platformasına dronlarla zərbə endirib. 

Dəniz platformasına ən azı dörd dəfə atəş açıldığı, nəticədə 20-dən çox quyuda neft və qaz hasilatının dayandığı bildirilib. 

Qeyd edək ki, Filanovski adına yataq Rusiyada və Xəzərin Rusiya sektorunda kəşf edilmiş ən böyük yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kub metr qaz həcmində qiymətləndirilir.