Ukrayna və Danimarka memorandum imzaladı

ukrayna-ve-danimarka-memorandum-imzaladi
Oxunma sayı: 2137

Danimarka və Ukrayna arasında Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün hərbi təchizat sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.

“Müdafiə Təchizatları Agentliyi (Ukrayna Müdafiə Nazirliyi) və Danimarkanın Müdafiə Təchizatları və Logistika Təşkilatı (DALO) arasında müdafiə satınalmaları sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalanıb”, - deyə məlumatda bildirilir.

Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bildirib ki, imzalanmış memorandum Ukrayna Silahlı Qüvvələrinə müasir silah və hərbi texnikanın tədarükü üzrə əməkdaşlığın dərinləşdirilməsində mühüm addımdır.