Ukraynada sükut rejimi elan olundu - Makron Putindən xahiş edib

ukraynada-sukut-rejimi-elan-olundu
Oxunma sayı: 6365

Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putindən xahişi ilə Rusiya Silahlı Qüvvələri yerli vaxtla saat 10:00-dan (Bakı vaxtı ilə saat 11:00) sükut rejimi elan edir və Kiyev, Mariupol, Xarkov və Sumıdan humanitar dəhlizlər açır.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiya Humanitar Qərargahı Ukrayna tərəfindən humanitar dəhlizlərin yaradılması və dinc sakinlərin və xarici vətəndaşların çıxarılmasını təmin etmək üçün şərtlərin yerinə yetirilməsini tələb edib.

***

Humanitar dəhlizlər bu istiqamətlərdə fəaliyyət göstərəcək:

Kiyev-Qomel, Mariupol-Zaporojye, Mariupol-Rostov-na-Donu, Xarkov-Belqorod, Sumı-Belqorod, Sumı- Poltava.