“Ukraynadakı hərbi fəaliyyət nə olur-olsun başa çatdırılacaq” - Putin

ukraynadaki-herbi-fealiyyet-ne-olur-olsun-basa-catdirilacaq
Oxunma sayı: 5503

“Ukrayna ilə müzakirələrin uzadılması təşəbbüsləri Moskvanın tələblərində artıma səbəb olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində deyib.

Kremldən verilən açıqlamaya görə, liderlər Ukraynadakı müharibə ilə əlaqədar son vəziyyəti müzakirə ediblər.

“Putin ukraynalı nümayəndələrlə müzakirələr barədə əsas yanaşmaları və şərtləri detallı şəkildə qeyd edib. Şərtlərin Rusiya üçün əsla bir təhdid təşkil etməməsi üçün Ukraynanın hərbisizləşdirilməsi və bitərəf statusu ilə əlaqədar olduğu qeyd edildi”, - açıqlamada deyilir.

“Putin rus ordusunun Ukraynadakı hərbi fəaliyyətini nə olur-olsun tamamlayacağını vurğulayıb. Müzakirələri uzadaraq, zaman qazanmaq təşəbbüsləri sadəcə müzakirələrdə Ukrayna üçün Rusiyanın əlavə tələblərinə yol açacaq”, - Kremldən qeyd edilib.