Ukraynalı qaçqınların qarşılanmasında təsirli anlar - Video

ukraynali-qacqinlarin-qarsilanmasinda-tesirli-anlar
Oxunma sayı: 6955

Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat davam edir. Gündən-günə ölkəni tərk edən Ukrayna və xarici ölkə vətəndaşlarının sayı artır.

“Qafqazinfo” Almaniya mediasına istinadən xəbər verir ki, Ukraynadan Berlinə gələn qaçqınların sayı da durmadan artır. Bildirilir ki, martın 3-ü paytaxt Berlinə Polşadan qatarlarla təqribən 6500 ukraynalı qaçqın gəlib.

Ukraynadan Berlinə avtobus və şəxsi avtomobillərlə gələnlərin sayı isə bu rəqəmə daxil deyil. Berlin mərkəzi vağzalında qaçqınları yerbəyer etmək üçün könüllü işçilər də fəaliyyət göstərir.

Bununla yanaşı, yüzlərlə Berlin sakini əllərində gül və lövhələrlə ukraynalı qaçqınları qarşılamaq üçün vağzala axışıb. Sakinlər lövhələrdə ölkəyə gələn qaçqınlara qalacaq yer təklif ediblər. Hadisənin görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb və maraqla qarşılanıb.