Ulduz basketbolçu Kobi Brayant helikopter qəzasında öldü

ulduz-basketbolcu-kobi-brayant-helikopter-qezasinda-oldu
Oxunma sayı: 5134

Dünyaca məşhur basketbolçusu Kobi Brayant həlak olub.

"Qafqazinfo" "Haberler"ə istinadən xəbər verir ki, o, helikopter qəzası nəticəsində dünyasını dəyişib.

Səhər saatlarında Kaliforniyada qəzaya düşən "Sikorsky S-76" tipli helikopterin içində "Los Angeles Lakers"in əfsanəsinin ailə üzvlərindən heç kimin olmadığı bildirilir. Qəza nəticəsində Kobi ilə yanaşı, onun üç dostu və pilot da ölüb.

Qeyd edək ki, "Black Mamba" ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.