Uşaq evindəki bu görüntüyə görə 2 işçi cəzalandırıldı

Uşaq evindəki bu görüntüyə görə 2 işçi cəzalandırıldı
Oxunma sayı: 4553

Səhiyyə Nazirliyi son günlər sosial şəbəkədə Gəncədəki uşaq evində uşaqların bir-birinə bağlanaraq yatızdırılması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazirlik qeyd edib ki, sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərin 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb.

Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olması ilə bağlı deyə bilərik ki, bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir-bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir.

Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi