“Uzun səfər üçün “Qarabağ”la oyun məyusedicidir” - “Ayaks”ın kapitanı

uzun-sefer-ucun-qarabagla-oyun-meyusedicidir
Oxunma sayı: 2594

“Ayaks”ın kapitanı Deyvi Klaassen Çempionlar Liqasının Liqa mərhələsinin püşkünü dəyərləndirib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, Ağdam klubu haqqında da  fikirlərini bölüşüb.

“Bu, həyəcanvericidir. Çempionlar Liqasında oynamaq həmişə xoşdur. Çünki orada ən güclü komandalara qarşı çıxış edirsən. Məncə, belə matçlarda heç-heçə etmək belə üstünlükdür. Çünki rəqiblərimiz böyük klublardır. “Qarabağ”la oyun üçün bizi uzun səfər gözləyir. Bu, bir az məyusedicidir. Digər rəqiblərə gəlincə, hər şey yaxşıdır”.

Qeyd edək ki , “Qarabağ”  Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.