Vurulan gəmi Mübariz Mənsimova məxsus imiş - Şirkətdən açıqlama - Yenilənib

vurulan-gemi-mubariz-mensimova-mexsus-imis
Oxunma sayı: 4155

Məlum olduğu kimi, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir.

Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir. 

“Palmali” Şirkətlər Qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovdur.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

***

“Palmali” Şirkətlər Qrupu hadisə ilə bağlı açıqlama yayıb.

Məlumatda ötən gün “Palmali” tərəfindən idarə olunan “Royad Məmmədov” gəmisinin Ukraynanın “İzmail” limanından İtaliyanın “Ravenna” limanına gedərkən Rumıniya sahillərində Qara dənizdə dron hücumuna məruz qaldığı təsdiqlənib. 

“Hücumdan sonra gəmidə yanğın baş verib və heyət üzvlərinin təxliyəsi üçün xilasetmə əməliyyatlarına başlanılıb. Bu faciəvi hadisə nəticəsində iki dənizçimizin itkisinə görə dərin kədər hissi keçiririk. Digər heyət üzvlərimiz təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə aparılıb.

Həlak olan dənizçilərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - açıqlamada qeyd olunub.