18-19 mart tarixlərində Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziumla bağlı Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən rəsmi dəvət xarakterli video hazırlanıb.
Videoda yer alan Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb. Sözügedən video WADA-nın rəsmi sosial media kanallarında və rəsmi internet səhifəsində yayımlanıb.
Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi, şəffaf kommunikasiya siyasətini və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini bir daha nümayiş etdirir.
Son xəbərlər
Son Xəbərlər