Xabidən Qurban Qurbanovla bağlı suala maraqlı cavab

xabiden-qurban-qurbanovla-bagli-suala-maraqli-cavab
Oxunma sayı: 11962

“Qrup mərhələsində hər iki oyunda “Qarabağ”a qalib gəlmişik. Lakin 1/8 final mərhələsinin Bakıdakı matçının birinci hissəsində problemlər yaşadıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso deyib. 

İspaniyalı məşqçi Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşündən danışıb: “Lakin sonradan vəziyyəti düzəltdik və yaxşı nəticə əldə etdik. Və artıq qrup mərhələsi deyil. Onlar da güclü mentalitetlə mübarizə aparırlar. Biz də qərar verməliyik ki, bizə nə lazımdır. Sabahkı oyunda konsentrasiya ilə oynamalıyıq”. 

X.Alonso heyətdə rotasiyalar etdiyi üçün Bakıdakı matçın aqibətini yaşayacağı ilə bağlı fikirlərlə razılaşmayıb və bundan qorxmadığını bildirib: “Əlbəttə ki, qorxmuram, inamımız çoxdur, öz dinamikamıza əminik. Amma qorxmuruq”.

“Qarabağ” sabah qələbə qazansa, Qurban Qurbanovu təbrik etməyə hazırsız” sualına isə mütəxəssis belə cavab verib: “Xeyr (gülür). Əlbəttə, bu, oyundur. Ən yaxşı kimdirsə, qalib gələcək. Biz də qələbə istəyirik”.